Onlayn ictimai-siyasi qəzet
Polşa və Rumıniya Ukraynada real döyüş şəraitində test edilmiş "Merops" adlı mobil hava hücumundan müdafiə sistemini yerləşdirməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
"Merops" pikap və ya yüngül yük maşınına belə quraşdırıla bilir və:
Pilotsuz uçuş aparatlarını uzaq məsafədən aşkarlayır,
Peyk və radio əlaqəsi bloklandıqda belə süni intellektlə hədəfi izləməyə davam edir,
Dronları vurmaq və ya sıradan çıxarmaq imkanına malikdir.
Mənbəyə görə, NATO gələcəkdə sistemi alyansın bütün şərq sərhədi boyunca yerləşdirməyi planlaşdırır. Məqsəd — kritik infrastrukturun müdafiəsini gücləndirmək və “Moskvanın sərhədi keçmək barədə düşünməsinin qarşısını almaqdır”.
Merops sistemi həm də NEZƏRƏT, MÜDAFİƏ və DÖYÜŞ funksiyalarını bir platformada birləşdirən nadir komplekslərdən sayılır.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ