İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanılar və onların vərəsələri könüllü olaraq öz tarixi vətənlərinə qayıtmaq hüququna malikdir” - STM icraçı direktoru

Ermənistan monoetnik bir ölkədir. Əhalisinin 99 faizini bir xalqın nümayəndələri təşkil edir. Onlar bu coğrafi ərazidə yerləşməyə başlayandan bölgədə yaşayan köklü xalqları sıxışdırmağa başlayıb və nəticədə belə bir dövlət qurublar.

Sahib Məmmədov: Biznes qurumları QHT-ləri maliyyələşdirən qurumlar sırasına  qatılmalıdır

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a açıqlamasında deyib.

Ekspert əlavə edib ki, biz çoxmədəniyyətlilliyin əsrlər boyu mövcud olduğu bir ölkəyik: “Bizdə istər köklü olan yerli xalqlar, istərsə də sonradan məskunlaşan xalqlar heç vaxt ayrıseçkiliyə məruz qalmayıb. Bu baxımdan mən Ermənistan rəsmilərinin əvvəllərdə və indi verdiyi açıqlamalara təccüb etmirəm. Bu onların həm siyasətidir, həm də milli xarakterləridir. Əslində isə hər bir xalqın tarixən təşəkkül tapdığı ərazilərdə yaşamaq, həmin ərazinin təbii sərvətlərindən bəhrələnmək, öz ana dilindən, mədəni irsindən istifadə hüququ var. Ermənistan beynəlxalq hüquqda əks olunan bu prinsipləri əməldə qəbul etməsə də, hüquq sistemində qəbul edir”.

S.Məmmədov Azərbaycanın dövlət başçısının mövqeyinə diqqət çəkib: “Prezident İlham Əliyevi tamamilə düz qeyd edib ki, “...Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar”. Bəli, bizim xalq yaşadığı ölkəyə heç vaxt xəyanət etməyib, separatçılığa meyilli deyil, əksinə, yaşadıqları dövlətə sədaqət nümayiş etdiriblər. Hətta azərbaycanlılar vətəndaşı olmadığı ölkələrdə yaşayanda belə, həmin ölkəyə öz tövhələrini verirlər”.

O ki qaldı beynəlxalq hüquqa, əlbəttə, azərbaycanlıların öz tarixi vətənlərinə dönüş hüququ var. Baxmayaraq ki, onlar 1998-ci ildə Azərbaycan vətəndaşlığını əldə ediblər”.

Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını beynəlxalq hüququn da imkan tanımasına diqqət çəkən S.Məmmədov bunları söyləyib: “BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyanın 1-ci maddəsinin C bölməsinin 3-cü bəndinə əsasən Konvensiyanın müddəaları yeni vətəndaşlıq əldə edən və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edən şəxslərə şamil olunmur. Beləliklə, beynəlxalq hüququn yanaşması baxımıdan da hazırda Qərbi Azərbaycandan deportasiya olunan şəxslər və onların övladları BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasının və ona əlavə olunan protokolun müdafiəsi altına düşmür.

Bununla belə Konvensiyanın 1-ci maddəsinin C bğlməsinin1-ci bəndinə əsasən, mənşə ölkəsinin vətəndaşlığını itirmiş şəxs sonradan könüllü olaraq onu yenidən əldə edə bilər.

Konvensiyanın bu müddəası onu ehtiva edir ki, hətta qaçqın statusunu itirmiş şəxsin sonradan mənşə ölkəsinə qayıtmaq və vətəndaşlığını bərpa etmək hüququ vardır. Bu məhz hüquqdür və bu könüllü olmalıdır.

Yəni beynəlxalq hüququn nöqteyi-nəzərindən yanaşsaq vaxtilə indiki Ermənistan ərazilərində yaşamış azərbaycanılar və onların vərəsələri könüllü olaraq öz tarixi vətənlərinə qayıtmaq hüququna malikdir”. Bəs, könüllülük nədir? STM icraçı direktoru: “Yəni nə Azərbaycan dövləti onları öz vətənlərinə qaytımağa məcbur edə bilməz, nə də mənşə ölkəsi olan Ermənistan onların qayıdışının qarşısını ala bilməz. İstəyirlərsə, qayıda bilərlər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR