İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə xalq suriyalıları döyüb, qovur! Aksiyalar davam edir - Ən son gəlişmələr

Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş suriyalılara hücum edib.

Musavat.com "A haber"ə istinadən xəbər verir ki, gecə saatlarında etirazçılar onların yaşadığı və işlədiyi yerlərə daş parçaları atıb.

Son məlumatlara görə, Qaziantep şəhərində isə bir qrup aksiya iştirakçısı Suriya vətəndaşı olan gənci bıçaqlayıb. Aksiyada iştirak edənlər Türkiyədə məskunlaşan suriyalıların dərhal ölkədən çıxarılmasını tələb ediblər. Onlar suriyalıların əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edilib ki, etirazlar artıq ölkənin digər şəhərlərinə - Adana və Urfaya da keçib. 

İstanbuldakı aksiyalarda da suriyalılara məxsus ticarət obyektləri hücuma məruz qalıb. Aksiyada iştirak edənlər “Türkiyə türkdür, türk qalacaq!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, etirazlara Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoyması ilə bağlı yayılan xəbərlər səbəb olub.

@@TVmusavat/89745@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR