İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə UNO panikası! Həmin anlar anbaan kameraya düşdü - VİDEO

Ötən gün axşam saatlarında Türkiyənin Kahramanmaraş şəhərinin səmasında naməlum obyekt görünüb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb və bir neçə vətəndaş həmin görüntüləri cib telefonu vasitəsilə qeydə alıb.

Şəhərin qərb hissələrinin səmasında görünən obyektin nə olduğu maraq doğurub.

Məlumata görə, bəzən parlaq, bəzən qaranlıq olan dairəvi obyekt bir müddət eyni vəziyyətdə dayanıb. Küçədəki vətəndaşların mobil telefonu ilə lentə alınan obyekt bir müddət sonra yoxa çıxıb.

Bu görüntünün peyk olması ehtimalı müzakirə olunur.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR