İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə turistləri daşıyan avtobus aşıb, bir nəfər ölüb, xeyli sayda insan yaralanıb

Türkiyədə turistləri daşıyan avtobus aşıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərinin Ezine ilçəsində qeydə alınıb.

Avtobus idarəetməni itirib aşandan sonra su kanalına düşüb.

Qəza nəticəsində 1 nəfər ölüb, sürücü də daxil olmaqla 54 nəfər yaralanıb.

Hadisə yerinə tibbi, jandarma və xilasetmə qrupları cəlb edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR