Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda iki qayıq toqquşub.
BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
"Fırat" çayı üzərində qayıq turu etmək istəyən ziyarətçilər qayıqların baş-başa toqquşması zamanı böyük qorxu yaşayıblar.
Həmin anlar kameraya da əks olunub.
Qəzada xəsarət alan olmasa da, hər iki qayığa maddi ziyan dəyib.
Görüntüləri təqdim edirik:
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ