İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə TARİXİ GÜN - Hansı lider harada səs verəcək?

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

Bəs prezident Rəcəb Tayyib Ərdoğan və Millət Alyansının prezidentliyə namizədi CHP sədri Kamal Kılıçdaroğlu harada səs verəcək?

Musavat.com xəbər verir ki, Ərdoğan hər seçkidə olduğu kimi Üsküdardakı Saffet Çebi orta məktəbində səs verəcək.

Millət Alyansının prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankaradakı Argentina İbtidai məktəbində səs verəcək.

MHP sədri Dövlət Baxçalı Ankarada olacaq. O, səsini Anıttepe İbtidai məktəbində verəcək.

Böyük Birlik Partiyasının sədri Mustafa Destici İstanbulda, Rifah Partiyasının başqanı Fatih Ərbakan Ankarada səs verəcək.

İYİ Partiya sədri Meral Akşener isə İstanbulda Bəylərbəyindəki Hacı Sabancı Anadolu Liseyində səs verəcək, daha sonra seçkiləri izləmək üçün Ankaraya gələcək.

Millət Birliyinin ortaqları DEVA Partiyasının sədri Əli Babacan Ankarada, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu İstanbulda, Demokrat Partiyasının sədri Gültekin Uysal məmləkəti Afyonkarahisarda səs verəcək.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR