Onlayn ictimai-siyasi qəzet
Türkiyənin bütün əyalətlərində silah qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, “Mercek-25” əməliyyatı çərçivəsində ümumilikdə 2738 silah, o cümlədən 1595 sənədsiz tapança, 442 boş güllə atan tapança, 45 uzun lüləli tüfəng, 655 sənədsiz ov tüfəngi ələ keçirilib.
Həmçinin, 2459 şübhəli haqqında hüquqi prosedur başladılıb.
Nazir silah qaçaqçılarına qarşı mübarizənin davam edəcəyini bildirib.//Report
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ