Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tarixi “Mehmed: Fetihler Sultanı” serialının çəkilişləri zamanı bədbəxt hadisə yaşanıb.
“Qafqazinfo” “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ekran işinin son yayımlanan bölümündə göstərilən döyüş səhnələrində bir çox aktyorlar yaralanıb.
Məlumata görə, “Çandarlı” obrazını canlandıran Selim Bayraktarın əli kəsilib. “İshak” obrazına həyat verən Ərtoğrul Postoğlunun isə meniski (dizdəki qığırdaqlar) yırtılıb.
Nəşr yazır ki, aktyorlardan 10-nun qaşı yarılıb, bir çox köməkçi aktyorlar aldığı xəsarətlərdən xəstəxanaya aparılıb.
Qeyd edək ki, serialın baş rolunu Serkan Çayoğlu canlandırır.
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ