İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə meşə yanğınları - Saxlanılanlar var

Xəbər verdiyimiz kimi, hazırda Türkiyənin İzmir, Bolu, Karabük, Aydın bölgələrində şiddətli meşə yanğınları davam edir.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.

Məlumata görə, İzmirdə meşə yanğınları ilə bağlı 7 şübhəli saxlanılıb. Boluda isə saxlanılan 4 şübhəlidən 2-si həbs edilib.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının sözlərinə görə, gün ərzində bölgədə daha 3 yanğın hadisəsi baş verib.

Nazir bildirib ki, Menderes rayonunda baş verən yanğının enerji ötürücü xəttindən qaynaqlandığı müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı zamanı dövlətimizin başçısı yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini bildirib.

Məlumata görə, Azərbaycandan göndərilən yanğınsöndürmə təyyarəsi yerli vaxtla saat 23.00-da İzmir, Adnan Menderes hava limanına enəcək.

@@TVmusavat/93265@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR