İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə məktəblər bağlandı

Türkiyədə bir çox əyalətlərdə təhsil bir günlük dayandırılıb.

Türkiyənin əksər hissəsində qar və çovğun səbəbindən ölkə daxilində bir çox yollar bağlanıb. Bu səbəbdən bir çox şəhər və rayonlarda təhsil bir günlük dayandırılıb.

Qar yağışının təsirli olduğu Adana, Gümüşhane, Ordu, Nevşehir, Sivas, Kayseri, Konya, Niğde, Trabzon, Düzce, Giresun, Sinop, Zonguldak, Samsun, Kocaeli, Elazığ, Bolu, Yalova, Sakarya və Hakkarinin bəzi rayonlarında məktəblər bağlanıb.

Meteorologiya Ümumi Müdirliyinin xəbərdarlıqlarının ardından ölkə daxilində qar öz təsirini göstərməkdə davam edir./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR