İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə mədən partlayışı: 25 nəfər ölüb - VİDEO

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.

Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.

***

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.

Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.

O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.

***

Qəza nəticəsində 22 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

***

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 25 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, müalicə olunan 11 yaralıdan dördü reanimasiyadadır, 1 nəfərin vəziyyəti ağırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR