Onlayn ictimai-siyasi qəzet
Türkiyə hökuməti dünən 9 günlük məhdudiyyətdən sonra "Instagram" sosial şəbəkəsini blokdan çıxarmağa başladığını elan edib.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu danışıb.
O deyib: “Instagram" nümayəndələri ilə danışıqlardan sonra, onlar bizim tələblərimizi yerinə yetirməyə razı olduqdan sonra, şənbə günü saat 21:30-dan sosial şəbəkəyə girişi blokdan çıxaracağıq”. dirnaq modelleri
Nazir vurğulayıb ki, hökumət sosial şəbəkələrin Türkiyə qanunlarına uyğun olmasını istəyir.
Türkiyə hakimiyyəti avqustun 2-dən İnstaqrama girişi bloklayıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun bu sosial şəbəkəni HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı başsağlığı mesajlarını bloklamaq qərarına görə tənqid edib.
"Meta" daha əvvəl Türkiyə rəsmiləri ilə əməkdaşlıq etmədikləri ilə bağlı iddiaları təkzib etmiş və 2024-cü ilin birinci yarısında onların tələbi ilə 2,5 minə yaxın paylaşımı sildiklərini xatırlatmışdı.
Türkiyənin 85 milyon əhalisinin 60-70%-nin Instagram hesabı var/Yenisabah.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ