İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə hər kəs bu hadisədən danışır: Belə məsuliyyətsizlik olar? VİDEO

Türkiyədə qəzalı vəziyyətdə olan binanın söküntüsü zamanı bədbəxt hadisə baş verib. Qəzalı bina anidən uçub. Hadisə zamanı söküntünü aparan texnika uçqun altında qalıb.

Musavat.com-un xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib.

Söküntü zamanı texnikanın işçisi 26 yaşlı Ömürcan Akyürek həyatını itirib.

Hadisə sosial şəbəkələrdə və Türkiyə mətbuatında ciddi müzakirələrə, narazılığa səbəb olub. Hadisəni lentə alan xeyli sayda insan olub.

Görüntülərdən də aydın olur ki, ərazidə təhlükəsizlik tədbirləri görülmür.

Texnikalar heç bir təhlükəsizlik qaydasına əməl etmədən söküntünü aparıb və baş verə biləcək uçqun nəzərə alınmayıb. Söküntü ərazisində insanların yaxın məsafədə olması, hadisəni telefonla lentə alması da ciddi narazılıqlara səbəb olub. Hətta söküntü davam edən ərəfədə ərazidəki avtomobil yollarındakı hərəkət də dayandırılmayıb.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir.

Söküntü aparılan bina 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR