İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə həkim 20 nəfərin hücumuna məruz qaldı: "Polislər gec gəlsəydilər..." - VİDEO

Türkiyədə həkim özünü xəstə yaxınları kimi təqdim edən 20 nəfərin hücumuna məruz qalıb.

BAKU.WS xəbər verir ki, hadisə Qaziantepdə özəl xəstəxanada çalışan həkimi Asadullah Beğoğlunun başına gəlib.

Gözləmədiyi anda 20 nəfər ona hücum edib. Həkim aldığı yaralardan reanimasiyaya yerləşdirilib daha sonra isə palataya köçürülüb.

O həmin an baş verənləri belə xatırlayıb:

"Həmişəki kimi vaxtında işdə idim. Xəstə yaxını uşağını gətirdi. Onun yüksək hərarəti var idi. Hərarətinin normallaşdırmaq üçün damar yolunu tapmaq istədik. Ailəsi də uşağın bütün problemini bizə danışdı. Bədənində maye çox olmadığından tibb bacıları bunu edə bilmədilər. Müalicə yazıb evə göndərdik. Sonra qapının önündə 20 nəfərə yaxın adam mənə "Damar yolunu aça bilməyən həkim budur" deyərək hücum etdi. 15-20 dəqiqə sonra polis hadisə yerinə gəldi. Onlar biraz da gec gəlsəydilər özlərini xəstə yaxını kimi təqdim edən şəxslər məni öldürəcəkdi. İndi bir nəfər həbs edilib. Qalanlarına isə nə olacaq, bilmirəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR