İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə GƏRGİNLİK PİKDƏ: Ərdoğan, İmamoğlu və Özəldən SON DƏQİQƏ bəyanatları... – CANLI

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması və həbs edilməsindən sonra etirazlar 5 gündür davam edir. Müxalif partiyalar və onların tərəfdarları İmamoğlunun azad edilməsini tələb edirlər. Etirazlar bəzi yerlərdə iğtişaşlara çevrilib. Ankara, İzmir və digər şəhərlərdə də oxşar hallar yaşanır. Musavat.com yazır ki, Əkrəm İmamoğlunun Silivri cəzaevi kamerasında tək qaldığı bildirilir. O, vəkili Hüseyn Ersöz vasitəsilə mesaj da göndərib. İmamoğlu: “Hər kəs bilsin ki, yaxşıyıq və xalqımıza əmanətik”, - ifadələrini işlədib.

“Cümhuriyyət Xalq Partiyasının (CHP) liderinin çağırışından sonra baş verən hadisələri diqqətlə izləyirik”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra belə deyib. Dövlət başçısının sözlərinə görə, onların çağırışlarından sonra Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti müxalif Cümhuriyyət Xalq Partiyası və onun sədri Özgür Özəl daşıyır. “Təəssüf ki, müxalifət partiyalarının liderləri şüursuzluğun bariz nümunəsini nümayiş etdirdilər. Korrupsiya, soyğunçuluq və rüşvətxorluq ittihamlarına cavab vermək əvəzinə, beş gün ərzində qanunsuz bəyanatlar veriblər. Polis əməkdaşlarının yaralanmasına, şüşələri sındırılan mağaza sahiblərinə, dövlət əmlakına milyardlarla lirə dəyərində ziyan dəyməsinə görə bütün məsuliyyəti xalqı küçələrə çıxaran partiya sədri və tərəfdarları daşıyır. Bütün bunlara parlamentdə baxılacaq və bununla bağlı hüquqi hesabatlar məhkəməyə təqdim olunacaq”, - Ərdoğan qeyd edib.

Prezident deyib ki, bu günlər ərzində 123 polis əməkdaşı yaralanıb. Ərdoğan baş verənlərin iqtisadiyyatda süni dalğalanmalara səbəb olduğunu da vurğulayıb.

“Ötən gün İstanbulda Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən qanunsuz aksiyalar zamanı polislərlə etirazçılar arasında toqquşma baş verib. Aksiya zamanı bir qrup nümayişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinə qarşı təhqiramiz ifadələr səsləndiriblər”. CHP sədri Özgür Özəl X hesabında kəskin etirazını bildirib. “Anaya söyüş söymək heç vaxt qəbuledilməzdir. Mən bu söyüşü öz anama yönəlmiş təhqir hesab edirəm. Biz siyasətimizi və etirazlarımızı təhqirsiz, aydın dillə bildiririk. Bir siyasətçinin ailəsi haqqında pis danışan bizdən deyil. Etirazı təhqirlə qarışdırmaq yolverilməzdir”, - partiya sədri qeyd edib.

TVMusavat-ın bu gün saat 12:20-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla Türkiyə hadisələrini müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR