İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə FETÖ ovu: 459 nəfər saxlanılıb, aralarında polis də var

Türkiyə polisi reydlər keçirib və ölkədə terrorçu kimi tanınan, 2016-cı ildə dövlət çevrilişinə cəhdə görə məsuliyyət daşıyan FETÖ təşkilatının fəaliyyətində iştirakda şübhəli bilinən şəxsləri saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı 66 vilayətdə 459 şübhəli saxlanılıb.

“FETÖ liderinin ölümündən sonra da bu məkrli terror təşkilatına qarşı mübarizədə rahatlaşa bilmirik. Bu satqın quruluşunu aradan qaldırana qədər bununla mübarizə aparacağıq”, - Yerlikaya bildirib.

Türkiyənin 81 vilayətindən 66-da polis, hərbi, tələbə mühiti, məhkəmə və maliyyə strukturlarında FETÖ-nün maraqlarına uyğun fəaliyyət təşkil edən şəxslər saxlanılıb. FETÖ təbliğatçıları, təhlükəsiz evlərin təşkilatçıları, dövlət qulluğuna imtahanların qanunsuz keçməsinə kömək edən şəxslər də saxlanılıb.

Xatırladaq ki, oktyabr ayında Fətullah Gülənə yaxın olan “Herkul” portalı və türk televiziya kanalları onun oktyabrın 20-də Pensilvaniya ştatında klinikalardan birində vəfat etməsi barədə məlumat yayıb.

Bu məlumatı jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan da təsdiqləyib.

83 yaşlı Gülən 1999-cu ildən ABŞ-də yaşayıb. Türkiyə hakimiyyəti Gülən və onun təşkilatı FETÖ-nü 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham edir. Ankara dəfələrlə ABŞ-dən Fətullah Gülənin təhvil verilməsini tələb edib, həmçinin FETÖ tərəfdarlarının sonuncusu məhkəmə qarşısına çıxarılana qədər təqib edəcəyini bəyan edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR