İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dağıntılar altından azərbaycanlı tələbə bacılar xilas edildi

Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş bölgəsində iki azərbaycanlı tələbə dağıntılar altından xilas edilib.

Bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist, İstanbuldakı sabiq baş konsul İbrahim Nəbioğlu bildirib.

Onun sözlərinə görə, xilas edilən tələbələr bacıdırlar – Gülşən və Jalə Cəfərovalar.

Qızların vəziyyətinin orta-ağır olduğu bildirilir.

***

Türkiyədə baş verən zəlzələ zamanı xəsarət alan azərbaycanlı tələbələrin bacısı danışıb.

Musavat.com xəbər verir ki, Gülşən və Jalənin bacısı Ayşən Cəfərova Day.Az-a açıqlamasında deyib ki, onlardan xəbər ala bilmirlər.

"Bacımın biri Kahramanmaraşda, digəri isə Kırşehirdə oxuyur. Gülşən 4-cü, Jalə isə 1-ci kursdadır. Lalə tətildə olduğu üçün Gülşənin yanına gəlib. Telefonları dağıntılar altında qaldığı üçün heç bir xəbər ala bilmirik. Onların xilas edildiyi bildirilir. Amma harda olduqlarını bilmirik. Səhər dəqiq məlumatımız olacaq".

Ayşən Cəfərova bildirib ki, Gülşən Cəfərova Kahramanmaraş Şütçü İmam Universitetində, Jalə Cəfərova isə Kırşehir Ahi Evran Universitetində oxuyur.

Qeyd edək ki, rəsmi məlumata görə zəlzələ nəticəsində 912 nəfər həyatını itirib. 5385 nəfər yaralanıb. 2470 nəfər dağıntı altından xilas edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR