Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhur fast-food şəbəkələrinin bağlanması minlərlə işçini çarəsiz qoyub
Musavat.com xəbər verir ki, Türkiyədə sürətli qida sektorunun aparıcı şirkətlərindən biri olan "İş Gıda" maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. Nəticədə KFC və Pizza Hut restoranlarının yüzlərlə filialı bağlanıb və minlərlə işçi maaşsız və təzminatsız qalıb.
Ölkə üzrə 283 KFC və 254 Pizza Hut restoranının fəaliyyətini dayandırması təxminən 7 min işçini işsiz qoyub. Mərkəzi ofisin qarşısına toplaşan işçilər haqlarını tələb etsələr də, hələlik heç bir nəticə əldə olunmayıb.
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ