İnsanlara hürriyət, millətlərə istiqlal!

İzzətin adını eşitmək istəmədi, Aynurdan isə gileyləndi - VİDEO

“Əlimin duzu yoxdur”. 

Bu sözləri Əməkdar artist Qorxmaz Əlilicanzadə qonaq olduğu “Həftənin qonağı” verilişində deyib. 

Proqramın aparıcısı Ülvira Qarayevanın “Müğənni İzzət Bağırovla münasibətiniz necədir?” sualına aktyor belə reaksiya verib:

“Bu söhbəti yığışdıraq. Bu söhbət maraqlı deyil. İstəmirəm bu söhbəti danışmaq. Danışsam, buna iki saat vaxt çatmaz. O adama marağım yoxdur. O adam haqqında eşitmək istəmirəm”. 

““7-17” yarışmasında iştirak edən müğənnilərlə münasibətləriniz qalıb?” sualına Q.Əlilicanzadə belə cavab verib: 

“Niyə yoxdur? Var. Mehriban Səfərova, Bilqeyz Mehdiqızı. Amma onu çoxdan görmürəm. Hüseyn Məmmədov. Aynur Dadaşovanı ilk dəfə mən şou proqrama dəvət edib, pul verəndə anası mənə dedi ki, nə pul. Cavab verdim ki, Aynur yadında qalsın, nə zaman xatirə olaraq bunları danışsan deyərsən ki, ilk dəfə peşəkar səhnəyə çıxanda maaşı Qorxmaz Əlilicanzadənin əlindən almışam. Amma o bu sözü idiyə kimi deməyib. Ay Aynur bir dəfə də olsun bunu söylə də... Bu axı mənim üçün fəxrdir. Sənə qarşı belə alicənablıq etmişəm. Amma demir. Misal üçün mərhum Xalq artisti Baloğlan Əşrəfov sağlığında söylədi ki, sənə borcluyam, o zaman mən unudulmuşdum heç toylara belə dəvət almırdım ikinci dəfə sənətə sən məni gətirdin. Ona söylədim ki, bunu mənə demə efirdə de. Amma müğənni Elxan Şirinov o söylədi ki, biz ilk dəfə konsert fəaliyyətindən bütün yaxşı pulları Qorxmaz Əlilicanzadədən gördük. O bizə bir toyun pulunu verdi”. (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR