İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü əsilli məşhur rejissor vəfat etdi

Tanınmış gürcü əsilli kinorejissor Eldar Şengelaya 93 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, Eldar Şengelaya 1933-cü ildə anadan olub və ali təhsilini Moskvada alıb.

Onun kinodakı ilk işi "Buz ürək əfsanəsi" filmi olub. Daha sonra "Ağ Karvan", "Qeyri-adi sərgi", "Samavişvilinin ögey anası" kimi məşhur filmlərin rejissoru kimi tanınıb.

1988-ci ildə Eldar Şengelaya "SSRİ xalq artisti" fəxri adına layiq görülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR