İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN başçısı: "Ukraynayla Rusiya arasındakı Antalya görüşündən bir nəticə çıxmayacağını bilirdik"


“Antalyadakı görüşdən bir nəticə çıxmayacağını bilirdik, lakin Ukrayna və Rusiyanı bir araya gətirmək önəmli idi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində söyləyib.

“Bizimlə olan təmaslarda onların dediklərinə baxdıqda ümidlərimiz artmışdı. Biz də ona uyğun açıqlama vermişdik. Qətliam görüntüləri vəziyyəti gərginləşdirdi. İstanbulda nail olunan razılaşmalardan uzaqlaşdılar”.

Onun sözlərinə görə, tərəflər hazırda müzakirələrə davam edirlər:

“Liderlər arasında arxa qapı diplomatiyası davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski “Görüntülərə baxmayaraq, danışıqlara davam etmək lazımdır” dedi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR