İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN başçısı: “Ukraynadakı müharibəni sona çatdırmaq asan məsələ deyil”

“Ukraynadakı müharibəni sona çatdırmaq asan məsələ deyil”.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Qərblə Rusiyanı bir araya gətirmək təşəbbüsü olmayıb: “Amma Rusiya ilə Ukrayna sayəmizdə danışıqlar masası arxasına oturub. Hər iki tərəfin xarici işlər nazirləri müzakirə aparıblar. Prezidentlər isə hələ görüşməyib”.

Çavuşoğlu bildirib ki, sülh nə vaxtsa olacaq: "Bu, xüsusilə Ukrayna üçün ədalətli olmalıdır. Rusiya ilə Qərbin müzakirə etməli olduğu məsələlər var. Əlbəttə, biz hər zaman töhfə verməyə hazırıq. Amma hələ ki təşəbbüsümüz olmayıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR