İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN başçısı: "Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər"

"Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağın azadlığı Türk dünyası üçün strateji addım oldu: "Qarabağdakı qələbə nəticəsində türk dövlətlərinin özünəinamı bərpa olundu. Azərbaycanla imzaladığımız “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz daha da möhkəmləndi”.

M.Çavuşoğlu bildirib ki, türk dövlətləri arasında əlaqə bundan sonra da inkişaf edəcək: “Artıq Şimali Kipr də bizə qoşulub”.

Nazir Türkiyənin Azərbaycanın yanında olmasından narahatlıq keçirənləri də tənqid edib: "Onlar bu yolla Ermənistanı, Qərbi sevindirməkmi istəyirlər?!"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR