İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN: "ABŞ-ın PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsini gözləyirik"

Biz ABŞ-ın PKK-YPG terror təşkilatları ilə əlaqələrini kəsməsini gözləyirik.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna və BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair qətnamələrinə uyğun olaraq, Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatı regionda sülh və sabitlik mühitini təmin edib:

"Türkiyənin regionda həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində PKK-YPG və İŞİD terror təşkilatlarının əməliyyat zonasından çıxarılması təmin edilib. Bu hərəkat eyni zamanda Suriyanın da ərazi bütövlüyünün qorunmasına töhfə verib. Biz isə ABŞ-dan PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsini, onlara olan dəstəyini dayandırmasını və 17 oktyabr 2019-cu il tarixli Birgə Bəyanatın müddəalarını yerinə yetirməsini gözləyirik".

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR