Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yaşayan alman aktrisa Vilma Elles bu ölkənin vətəndaşlığını alıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi tədbirlərin birində açıqlama verib.
O, həmçinin adını dəyişdirərək Mücella qoyduğunu bildirib.
Xatırladaq ki, V. Elles 2014-2019-cu illərdə Arif Kerem Gögüşlə ailəli olub. Bu evlilikdən dünyaya gələn əkizlər Milat və Melodinin qəyyumluğu anaya verilib. Aktrisa 2022-ci ildə vəkil Mehmet Şah Çeliklə nikaha girib. Bu evlilikdən bir övladı var.
V. Ellesə 2010-2013-cü illərdə "Kanal D" telekanalında yayımlanmış "Öyle bir geçer zaman ki" serialındakı "Caroline" obrazı şöhrət gətirib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ