İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Yunanıstanın müdafiə nazirləri arasında görüş olub

Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panaqiotopulos ilə görüşüb.

Danışıqlar zamanı hər iki tərəf Afina ilə Ankara arasında gərginliyin aradan qaldırılmasının vacibliyini bəyan ediblər.

Həmçinin, nazirlər Türkiyə və Yunanıstan arasında əlaqə kanallarının açıq qalması ilə bağlı razılığa gəliblər.

40 dəqiqə davam edən görüşlə bağlı rəsmi açıqlamada, beynəlxalq hüquq və mehriban qonşuluq qaydaları əsasında bölgədə sabitlik atmosferinin yaradılmasının zəruriliyi vurğulanıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR