İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Ukrayna xarici işlər nazirləri Ukraynadakı son hadisələri müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə  həmrakı Dmitri Kuleba arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Məlumatda bildirilir ki, nazirlər söhbət zamanı Ukraynada hazırda baş verən hadisələri müzakirə ediblər.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralılar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR