Onlayn ictimai-siyasi qəzet
Əvvəllər Liviyada münaqişənin müxtəlif tərəflərini dəstəkləyən Türkiyə və Misir indi daxili böhranı aradan qaldırmaq və ölkədən neft tədarükünü bərpa etmək üçün onlara təsir göstərməyə çalışır.
Musavat.com xəbər verir ki, bu məlumatı "Bloomberg" mənbələrə istinadən yayıb.
Vəziyyətlə tanış olan rəsmilər və diplomatların bildirdiyinə görə, beş il əvvəl Liviyadakı münaqişənin əks tərəfini tutduqdan sonra Qahirə və Ankara indi ölkənin rəqib hökumətlərinə razılığa gəlmək və neft blokadasına son qoymaq üçün təzyiq göstərirlər.
Xüsusilə Türkiyə 2019-2020-ci illər döyüşləri zamanı uzun müddət Misirin müttəfiqi və Ankaranın düşməni olan Liviya Milli Ordusunun (LNA) komandanı Xəlifə Haftarla danışıqlar aparıb. Diplomatlar deyirlər ki, Misir və Türkiyə Liviyada təsir gücünə malik yeganə ölkələr olmasa da, “onların birgə təsiri genişmiqyaslı müharibə qorxusunu əhəmiyyətli dərəcədə azaldıb”.
Əvvəllər Qərb mətbuatının yazdığına görə, Haftar qüvvələrinə Misir, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı və BƏƏ dəstək verib. Türkiyə, Qətər və İtaliya da öz növbəsində Tripoli hökumətini dəstəkləyib. Hazırda Liviyada iki hökumət var: ölkənin qərbində Tripolidə BMT-nin dəstəklədiyi Milli Razılıq Hökuməti (UMH) və ölkənin şərqində LNA tərəfindən dəstəklənən müvəqqəti kabinet.
Mövcud böhran avqustun ortalarında, LNA Liviya Mərkəzi Bankının rəhbəri Sadiq əl-Kəbiri işdən çıxaranda başladı: bank neft ixracından əldə edilən gəlirlərlə də məşğul olur. Buna cavab olaraq əl-Kəbirin əlaqəli olduğu şərq hökuməti Liviya neftinin hasilatını və ixracını dayandırıb.
"Bloomberg" qeyd edir ki, Qahirə ilə Ankaranın Liviya ilə bağlı yaxınlaşmasını Misir şirkətləri və işçilərinin Türkiyəyönlü qüvvələrin nəzarəti altında Tripoliyə və ölkənin digər bölgələrinə qayıtması ilə görmək olar. Eyni zamanda türk firmalarının Misirlə müttəfiq olan LNA-nın nəzarəti altında olan ölkənin şərq rayonlarının bərpasında iştirakına icazə verilir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ