İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR

İraqdan olan iranpərəst silahlı dəstələr müxalifətçilərə qarşı mübarizədə Suriya ordusuna kömək etmək üçün bu ölkəyə daxil olublar. Bu barədə iki Suriya hərbi mənbəsi bildirib.

Məlumatda qeyd edilib ki, İraqdan olan iranpərəst şiə milislər ölkədə müxalifətçilərlə mübarizə aparan Suriya qoşunlarına kömək etmək üçün Suriyaya daxil olublar.

Azad Suriya Ordusunun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-ın “kürd dəhlizi” planına ciddi əngəl yaradır: illərdir gündəmdə olan bu planın icrası xüsusilə Trampın dövründə aktual olub və yenidən aktuallaşacağı gözləniləndir; PYD/YPG terror təşkilatının rəhbərliyinin Trampın andiçmə mərasiminə dəvət edilməsi də bundan xəbər verir.

Belə görünür ki, Türkiyə mümkün risklərə qarşı bütün şərtlərin xeyrinə olduğu mövcud vəziyyətdən istifadə edir. Hərçənd, Türkiyənin rəsmi mövqeyi - “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının hücumları ilə bağlı sərgilədiyi münasibət Ankaranın baş verənlərdə maraqlı olmadığı görüntüsü yaradır. İstisna deyil ki, diplomatik manevr olan belə mövqenin məqsədi də elə görüntü yaratmaqdır, çünki Əsəd rejiminə qarşı hücumlar Rusiya və İranla üz-üzə gəlmək deməkdir, Ankara maksimum bundan yayınmağa çalışır.

Lakin HTŞ-nin hücumları Türkiyə ilə yanaşı, ABŞ və İsrailə də sərf edir. Bu baxımdan, maraqlar və pərdəarxası oyunçular mürəkkəb görünür. Baş verənlərdə aydınlaşdırıcı məqam HTŞ-nin PYD/YPG-yə qarşı atacağı addımlar, yaxud Əsəd rejiminə qarşı əməliyyatının terror təşkilatının Suriyadakı mövqelərinə necə təsir edəcəyi olacaq.

Bütöv pazlda baxdıqda Suriyada Əsədlə bağlı yarımçıq qalmış işin tamamlanması prosesi əslində dəhlizlər uğrunda mübarizənin tərkib hissəsidir və burada həlledici amil olacaq kürd faktoru üzərində cəbhələşmə görünəndən daha mürəkkəbdir.
Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən son hadisələr fonunda Türkiyə ilə təmaslar axtarmağa başlayıb. Bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Suriyada Bəşər Əsəd rejiminə qarşı savaş açan “Heyət Təhrir əş-Şam” (HTŞ) qüvvələri ölkənin ikinci böyük şəhəri hesab olunan Hələbi ələ keçirib.

Müxalif qruplar Əsəd ailəsinin yaşadığı prezident sarayına daxil olub. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Müxalif qruplar saraya daxil olduqdan sonra bir-bir hər otağa baş çəkərək həmin anları kamera ilə lentə alıblar. Paylaşılan kadrlarda sarayın içindəki əşyaların ağ örtüklə örtüldüyü görülüb.

Qeyd edək ki, Hələbin mərkəzini ələ keçirən qruplar bütün İdlibə nəzarəti təmin edib. Əsəd rejimi verdiyi açıqlamada Hələbdən müvəqqəti olaraq çəkildiklərini bildirib.

Məlumata görə, Hələb uğrunda döyüşlərdə 350-yə yaxın şəxs həlak olub.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi analitik Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR