Onlayn ictimai-siyasi qəzet
Türkiyə və Gürcüstan din xadimlərinin azad edilən ərazilərə səfəri başa çatıb.
Din xadimləri Ağdam şəhərinə səfərlərini ermənilərin tamamilə dağıtdığı Şəhidlər xiyabanından başlayıblar.
Qonaqlara Şəhidlər xiyabanının tamamilə məhv edilməsi, məzarlardan qalıqların çıxarılaraq atılması barədə məlumat verilib. Din xadimləri bərpa edilən qəbirləri ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Səfər zamanı qonaqların dayandığı növbəti məkan isə işğaldan azad edildikdən sonra əsaslı təmir edilən Ağdam Cümə məscidi olub. Onlara məscid barədə məlumat verilib, işğaldan əvvəlki fotoları təqdim edilib.
Daha sonra İmarət Kompleksinə gələn din xadimlərinə bu yerin tarixi, işğaldan öncəki və işğal dövrünü əks etdirən fotoları təqdim edilməklə məlumatlar verilib. Qonaqlar yenidən qurulan İmarət Kompleksinin ərazisini gəzərək ziyarət ediblər. (Report)
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ