İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Ermənistan rəsmiləri Qarsda görüşəcək-İddia

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına dair növbəti beşinci görüşün Ermənistanla həmsərhəd Qars şəhərində keçirilməsi planlaşdırılır.

Musavat.com bu barədə erməni mediası Türkiyənin “Ulusal kanal” saytına istinadən xəbər verir. Bildirilir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki anonim mənbəyə istinadən məlumat yayıb. Anonim mənbənin bildirdiyinə görə, Qarsda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır və görüşdə iki ölkənin iqtisadiyyat, rabitə və telekommunikasiya və xarici işlər nazirliklərinin rəhbərləri də iştirak edəcək.

Qeyd olunur ki, Türkiyə tərəfi artıq Ermənistan-Türkiyə sərhədinin 180 kilometrlik hissəsinə baxış keçirib və Ermənistanla Türkiyə arasında Araz çayı üzərindən keçən körpünün texniki araşdırmaya məruz qalmasını zəruri hesab edib. “Ani xarabalıqları, o cümlədən Axuryan çayı üzərindəki məşhur İpək Yolu körpüsünün təmiri mümkünlüyü də araşdırılıb ki, bu da iki ölkə arasında etimadın artırılması üçün mühüm addım olacaq”, – Türkiyə Xarici İşlər Nazirliyindən anonim mənbə “Ulusal” nəşrinə bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR