Onlayn ictimai-siyasi qəzet
"Türkiyə Suriyada PKK-nın varlığına son qoymağa çalışır, regional şərait məsələsinin qısa müddətdə həllinə şərait yaradır".
Musavat.com-un xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, ABŞ-nin yeni prezidenti Donald Tramp son açıqlamasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib.
"Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK\YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Yəni Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də, Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisində sıxışdırmağa və bununla terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq",-deyə Elxan Şahinoğlu bildirib.
Xalidə Gəray
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ