İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə Ukraynaya daha çox “Bayraktar” verəcək” – Conson Ərdoğanla danışıqları açıqladı

Britaniya Baş naziri Boris Conson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı danışıqlar aparıb.

Azpost.info xəbər verir ki, bu barədə Conson özü açıqlama verib. “Biz Ərdoğanla belə razılaşdıq ki, Britaniya Ukraynanı Rusiyanın uzaqmənzilli artilleriyasını məhv etmək üçün batareya əleyhinə sistemlərlə təmin edəcək. Britaniya artilleriyası rus gəmilərini uzaq məsafədən məhv edə biləcək. Türkiyə isə Ukraynaya “Bayraktar”ların daha bir partiyasını verəcək. Kiyevə həmçinin Britaniyanın uzaqmənzilli ağır artilleriyasının yükləmək və lazımi yerlərə aparmaq üçün güclü təkərli daşıyıcılar təqdim ediləcək”, – baş nazir bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR