Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Ticarət Nazirliyi Türkiyənin İsraillə bütün ticarəti dayandırması ilə bağlı məlumat yayıb.
Musavat.com bu barədə "Təbriz Turan TV" telegram kanalına istinadən xəbər verir.
Məlumatda deyilir: "Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinə keçərək, bütün məhsulları əhatə etməklə, İsraillə ixrac-idxal əməliyyatları tamamilə dayandırılıb.
Bu məhdudiyyətlərin işğal altında yaşamalı olan fələstinli qardaşlarımıza təsir etməməsi üçün Ticarət Nazirliyimizlə Fələstin Milli İqtisadiyyat Nazirliyi arasında lazımi işlər koordinasiya edilir".
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ