İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Silahlı Qüvvələri Suriyada 6 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında Fərat Qalxanı, Sülh bulağı və Zeytun budağı bölgələrinə hücum etməyə hazırlaşdıqları məlum olan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən açıqlamada deyilir:

“Biz terrorçuları xain ambisiyalarına çatmamış zərərsizləşdirməyə davam edirik. Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı, Zeytun Budağı və Barış bulağı bölgələrinə hücum etməyə hazırlaşdıqlarını təsbit etdikləri 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR