İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyaya XƏBƏRDARLIQ etdi: Ordunu Ukraynadan dərhal çıxar!

Ukraynadaki müharibə qalibi olmayan bir müharibədir, başlamamalı idi və dərhal bitməlidir.

Musavat.com apa-ya istinadən xəbərinə görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu təşkilatın Ukraynaya həsr olunmuş iclasında çıxışı zamanı deyib.

O, Rusiyanın bu müharibə ilə beynəlxalq hüququ açıq şəkildə pozduğunu qeyd edərək, yaranan vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb.

“Lakin bu diplomatik təşəbbüslər bir tək ölkənin (Türkiyənin – red.) imkanları xaricindədir. BMT sülh quruculuğundan kənarda qala bilməz və diqqətini yalnız humanitar yardıma kökləyə bilməz. Beynəlxalq ictimaiyyətin gələcək nəsilləri müharibə bəlasından xilas etmək öhdəliyi var”, – o deyib. dedi.

Səfir Sinirlioğlu Rusiyanı hücumları dayandırmağa, bütün qüvvələrini Ukraynadan dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR