Onlayn ictimai-siyasi qəzet
Husilər İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-dan geri dönüşü zamanı Ben Qurion hava limanını vurduqlarını iddia edirlər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı qiyamçıların nümayəndəsi Telegram kanalında yayıb.
"Ben Qurion hava limanı Netanyahunun qayıdışı zamanı vuruldu" - məlumatda qeyd edilib.
Bundan əvvəl Husilər Qırmızı dənizdə ABŞ gəmilərinə hücum etdiklərini bildiriblər. Onların üç Amerika esminesini ballistik raketlərlə vurduqları dəqiqləşdirilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ