İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə, Rusiya və Ukrayna arasında "Taxıl sazişi"nin uzadılması ilə bağlı görüş keçiriləcək

İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinlərinin görüşü planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Mayın 5-də Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin İstanbulda görüşü planlaşdırılır. Görüş zamanı bəzi məsələlər, xüsusilə də taxılla bağlı təşəbbüs müzakirə olunacaq. Ümid edirik ki, taxıl müqaviləsi pozulmadan davam edəcək. Çünki bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddəti uzatmağa hazırdır. Arzu edirik ki, bu təşəbbüs problemsiz davam etdirilsin", - deyə H.Akar qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR