İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə qırıcıları HAVAYA QALXDI

1972-ci ildən Baltik dənizində keçirilən NATO Baltops təlimi iyunun 4-də başlayıb. Bu il genişmiqyaslı “Baltops-23” hərbi dəniz təlimində 20 ölkədən 50 gəmi, 45-dən çox təyyarə və 6000 şəxsi heyət iştirak edir.

Musavat.com xəbər verir ki, Türkiyə qərb dəniz bölgəsində quru, hava və dəniz əməliyyatlarının aparılmasında iştirak edən ölkələr arasında koordinasiyanı yaxşılaşdırmaq məqsədi daşıyan təlimdə Hərbi Hava Qüvvələrinə aid 3 ədəd F-16 təyyarəsi ilə iştirak edir. 

Təlim çərçivəsində Baltik dənizində təlimə qatılan gəmilərin üzərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus FA-15, Türkiyə və Polşaya məxsus F-16, Almaniyaya məxsus “Tornado” döyüş təyyarələri uçuşlar həyata keçirib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR