Onlayn ictimai-siyasi qəzet
2025-ci ildən Türkiyəyə Omandan mayeləşdirilmiş təbii qaz (LNG) almağa başlayacaq.
Misavat.com xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Oman sultanı Heysəm bin Tarek Əl Səidlə danışıqlardan sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, müvafiq razılaşma BOTAŞ-la Omanlı həmkarları arasında əldə olunub. Türkiyə lideri həmçinin qeyd edib ki, hər iki ölkə yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağa çalışır: “Bu günə qədər bizim podratçı şirkətlərimiz təxminən 7 milyard dollarlıq layihələri uğurla başa vurublar. Bu gün biz şirkətlərimizin 2040-cı ilə qədər Omanın inkişafına verə biləcəyi töhfəni də müzakirə etdik. Bu baxımdan ümid edirəm ki, Oman nümayəndə heyətinin türk iş dünyasının nümayəndələri ilə görüşündən sonra konkret nəticələr olacaq”.
Qeyd edək ki, Türkiyə TotalEnergi, Əlcəzair və ABŞ şirkətləri ilə də maye qaz alışına dair müqavilələr imzalayıb. Ölkə Avropada Rusiya qazını əvəz edəcək mərkəz roluna iddialıdır.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ