İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nəhəngləri Trampın qərarına belə reaksiya verdilər: Ölkədən çıxmayın...

Amerikanın “Microsoft” texnologiya korporasiyası və ABŞ-ın ən böyük banklarından biri olan “JPMorgan” ABŞ-da H-1B vizalarına malik olan işçilərinə müvəqqəti olaraq ölkədə qalmalarını tövsiyə edib.

Musavat.com xəbər verir ki, məlumatı şirkətdaxili elektron məktubları əldə edən Reuters agentliyi yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ şirkətlərinə digər ölkələrdən yüksək ixtisaslı mütəxəssisləri işə götürməyə imkan verən xüsusi H-1B vizalarının verilməsi qaydalarını dəyişdirən sərəncam imzalayıb. Şirkətlər indi bu fürsətdən yararlanmaq istəsələr, 1 nəfər üçün 100.000 ABŞ dolları rüsum ödəməli olacaqlar.

Reuters-in məlumatına görə, Microsoft rəhbərliyi H-1B vizası sahiblərinə "yaxın gələcək üçün" ölkədə qalmağı "qətiyyətlə” tövsiyə edib. Bu tövsiyə Microsoft beynəlxalq işçilərinin ailə üzvlərinə də aiddir.

Bu cür vizaya malik JPMorgan işçilərindən də “sonrakı xəbərdarlığa qədər beynəlxalq səyahətlərdən çəkinmələri” istənilib. Hazırda ABŞ-dan kənarda olanlara “21 sentyabr saat 12:01-ə qədər qayıtmaq tövsiyə olunur”.

Vaşinqton administrasiyasına görə, 100.000 dollarlıq ödəniş ABŞ bizneslərini əcnəbiləri deyil, amerikalıları işə götürməyə və öyrətməyə təşviq etməlidir. Amerika mediasının qeyd etdiyinə görə, bir çox texnologiya və maliyyə şirkətləri, eləcə də universitetlər və xəstəxanalar H-1B vizası olan mütəxəssislərə güvənirlər. Beləı vizanın verilməsi qaydalarına edilən dəyişikliklər belə şirkətlərdə peşəkar işçi çatışmazlığı yarada bilər.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına görə, iyun ayının sonuna Amazon ən çox H-1B vizası sahibini - 10,000 nəfəri işə götürüb. Microsoft-da həmçinin 5000-dən çox belə işçi çalışır və təxminən eyni sayda Meta üçün işləyir. Apple və Google-un hər birində təxminən 4000 belə işçi çalışır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2025

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR