Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresinin Demokrat Partiyasının liderləri federal hökumətin bağlanmasının qarşısını almaq üçün tədbirləri razılaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampla görüş tələb ediblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Senatda azlıqların lideri Çak Şumer (Demokrat) və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefrisin imzaladığı məktubda deyilir:
“Biz respublikaçıların amerikalıların səhiyyəsini maliyyələşdirməyə davam etməmək istəyi ilə əlaqədar hökumətin fəaliyyətini dayandırmaq qərarınızla bağlı görüş tələb etmək üçün yazırıq”.
Demokrat millət vəkilləri respublikaçıları hökumətin maliyyələşdirilməsinin təmin edilməsi ilə bağlı "ikipartiyalı məsləhətləşmələrdə iştirakdan imtina etməkdə" günahlandırıblar. Onları məsələni müzakirə etməyə hazır olduqlarına bildiriblər.
Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson demokratların "hökumətin bağlanmasına nail olmağa" çalışdıqlarını bildirib. O qeyd edib ki, "demokratların qapanma addımı ölkə üçün fəlakətli olacaq". Conson bildirib ki, Demokratlar hökuməti maliyyələşdirməyə davam etmək üçün səhiyyəyə əhəmiyyətli maliyyə vəsaiti də daxil olmaqla, qeyri-mümkün tələblər irəli sürürlər.
Musavat.com
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ