İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə qaz idxalını kəskin azaltdı

İyun ayında Türkiyə 2 milyard 332 milyon kubmetr təbii qaz idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz azdır.

İyunda Türkiyənin ümumi qaz istehlakı 2 milyard 571 milyin kubmetr təşkil edib. Bu isə illik ifadədə 16 faiz azalma deməkdir. Ay ərzində kommunal-məişət sektorunda qaz istehlakı 72 faiz artaraq 688 milyon kubmetr təşkil edib, energetika sektorunda isə 2 dəfə azalaraq 551 milyon kubmetr olub. Bu azalmanın əsas səbəblərindən bir iyunda çoxillik iqlim normasına yaxın mülayim hava şəraitinin olmasıdır. Ötən il iyunda hava iqlim normasından 1 dərəcə yüksək olmuşdu. Nəticədə bu il enerji istehlakında 8 faiz azalma baş verib.

Eyni zamanda Türkiyədə su elektrik stansiyalarında elektrik enerji istehsalı 8 faiz, daş kömürlə işləyən stansiyalarda isə 5 faiz artıb.
BOTAŞ-ın operativ məlumatına əsasən iyulda qaz idxalı 3 milyard kubmetrə qədər artıb. Lakin bu, 3,4 milyard kubmetrlik idxalın baş verdiyi 2022-ci ilin iyulundan aşağı göstəricidir.

İyunda Türkiyə xaricdən 1,87 milyard kubmetr boru qazı alıb. Bu, ötən ilin iyunundakı 3,274 milyard kubmetrdən kəskin aşağı göstəricidir. Ay ərzində ölkə Rusiyadan 707,52 milyon kubmetr, Azərbaycandan 744 milyon kubmetr, İrandan isə 419 milyon kubmetr qaz alıb.

İyunda Türkiyə həmçinin maye qaz idxalını da azaldıb. Ötən ilki 562 milyon kubmetrə qarşı 462 milyon kubmetr. Bu, son 8 ayda ən aşağı göstəricidir. Bu həcmi Türkiyə Əlcəzairdən – 4 tanker və Misirdən – 1 tanker alıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR