İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qara dəniz boğazlarından keçid haqqını ARTIRIR

Türkiyə iyulun 1-dən Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə görə ödənişi 8,3 faiz, hər ton üçün isə 4,42 dollara qədər artıracaq.

Bu barədə “Aydınlıq” Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadla yazır.

Tədbirin xəzinəyə əlavə 900 milyon dollar gətirəcəyi gözlənilir. Məbləğ 1936-cı ildə boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır. Rüsumlardan gələn pullar tibbi yardıma və fövqəladə hallarda evakuasiyaya, eləcə də mayakların fəaliyyətinin təmin edilməsinə xərclənir.

Bundan əlavə, qərara alınıb ki, bundan sonra qızıl frank sabitləşməyəcək və hər il iyunun sonunda, iyulun 1-dən etibarən Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənəcək.

Ötən ilin oktyabrında Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçmə qiymətini 5 dəfə artırıb.

Daha əvvəl məlum olub ki, NATO Türkiyəyə Bosfor və Dardanel boğazlarında naviqasiyanı tənzimləyən və oradan hərbi gəmilərin keçməsini qadağan edən Montrö Konvensiyasına əməl olunması ilə bağlı mövqeyinə yenidən baxması üçün təzyiqi artırıb.

Ölkənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu hələ 2022-ci ilin yazında Ankaranın Konvensiyaya uyğun olaraq Rusiya və Ukraynanın hərbi gəmiləri üçün Bosfor və Dardanel boğazlarını bağlayacağını bildirmişdi.//publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR