İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə prokurorluğundan "Krokus" terroru ilə bağlı ŞOK TƏLƏB

Türkiyə prokurorluğu Moskva şəhərindəki "Krokus" ticarət mərkəzindəki terror hadisəsi ilə əlaqədar olaraq 5 nəfərdən ibarət şübhəli şəxslərə 7,5 ilə 15 il arasında həbs cəzası tələb edir.

Musavat.com xəbər verir ki, şübhəlilər arasında Hofizjon Usmonov, Muteullo Asoyev, Rahmatullo Salikov, Muhammadrahim Fayzov və Həmzə Məhəmməd yer alır.

Onların həmçinin İŞİD terror təşkilatı ilə əlaqəli olduqları iddia edilir.

İstanbul prokurorluğunun məlumatına görə, bu şəxslər "Krokus" ticarət mərkəzindəki terror aktının icraçılarına rəhbərlik ediblər.

Cinayətkarlara 800 min rubl pul və yeni pasportlar vəd edilib.

Bundan əvvəl Usmonov, Səlikov və Asoyev martın 24-də avtobusla İrana getmək istəyərkən saxlanılıblar. Fayzov və ailəsi isə 4 gün sonra, İranla sərhəd yaxınlığında saxlanıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR