İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Prezidenti: "Səudiyyə Ərəbistanının vəliəhdi Türkiyəyə səfər edəcək"

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman iyunun 22-də Türkiyəyə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Yunanıstan və Türkiyə arasında son günlər yaşanan gərginliklə bağlı jurnalistlərin sualını cavablandıran Prezident Ərdoğan deyib: “Yunanıstanla bağlı prosesə reaksiyalarımı bildirdim. Qarşımda vicdanlı (dürüst) bir siyasətçi olmasa, bir daha onlarla görüşməyəcəyimizi və Yüksək Səviyyəli Strateji Şura iclaslarımızı bitirdiyimizi, builki iclası keçirməyəcəyimizi bildirdik. Yəqin bundan daha aydın, daha açıq bir münasibət ola bilməz. Yunanıstan bundan sonra öz başının çarəsinə baxsın”.

Dünya Enerji və İqlim üzrə İqtisadi Forumu haqqında açıqlama verən Türkiyə Prezidenti bildirib ki, ABŞ Prezidenti Co Baydenin dəvəti ilə videokonfrans vasitəsilə keçiriləcək forumda hər biri təxminən üç dəqiqəlik təqdimat olacaq. Bu sənədləri təqdim etməklə biz iqlim və ətraf mühit haqqında nə düşündüyümüzü və bu görüşdə nə etməyi planlaşdırdığımızı izah edəcəyik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR