İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə parlamentinin sədri Bakıdan paylaşım etdi: "Bura bizim evimizdir"

“Bura bizim evimizdir, Türkiyənin istənilən yerinə gedəndə keçirdiyimiz hissləri Bakıya gələndə yaşayırıq”.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop özünün "Twitter" hesabında yazıb.

“Bir millət, iki dövlət” ifadəsi sadəcə mücərrəd bir şüar deyil, konkret münasibətlərimizin əsaslandığı əsas prinsipimizdir”, - Türkiyə parlamentinin rəhbəri bildirib.

Qeyd edək ki, TBMM sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak üçün dünən Azərbaycana səfərə gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR