Onlayn ictimai-siyasi qəzet
2003-cü ildə Suriyanın paytaxtı Dəməşqdə qaçaqmalçılıq ittihamı ilə həbs olunan və Adra həbsxanasına göndərilən Mehmet Ertürk 32 yaşında həbsxanaya girib və 21 il həbsxanada qalıb.
Musavat.com xəbər verir ki, Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra rejim müxalifləri tərəfindən sərbəst buraxılan Ertürk Carablusa gətirilib.
Ertürk Qaziantepdə Karkamış Sərhəd Qapısı və İlçe Jandarma Komandanlığında həyata keçirilən əməliyyatlardan sonra orada gözləyən ailəsi ilə görüşüb.
Kilisdə yaşayan ailəsinə həsrət qalan Ertürk burada jurnalistlərə dostlarının böhtanı ilə həbsxanaya düşdüyünü, cəzasının 9 il əvvəl bitdiyini, ancaq azadlığa çıxmadığını bildirib.
Musavat.com
12 Dekabr 2024
11 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ