İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə müxalifəti suriyalıların dərhal getməsini istəyir, hökumət tələsmir

Türkiyənin parlament müxalifəti suriyalı qaçqınları evlərinə qaytarmağa məcbur etmək üçün təşəbbüslər hazırlamağa başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl müvəqqəti qaçqın statusunun ləğv edilməsini və re-emiqrasiya maksimum şəraitin yaradılmasını istəyib.

Bildirilir ki, buna səbəb Dəməşqdə Bəşər Əəsd hökumətinin süqutudur. Ərdoğan hakimiyyətinin tənqidçiləri bu gündəm çərçivəsində mövcud iqtidara qarşı hücum bucağını müəyyən etmək istəyirlər.

“CHP Türkiyənin miqrasiya siyasətini dəyişdirmək üçün öz təkliflər paketini hazırlamağa başlayıb”, - deyə Özəl məlumat verib. Onun sözlərinə görə, müxalifətin təşəbbüsləri suriyalı qaçqınlara “təhlükəsiz və mümkün qədər tez” öz tarixi vətənlərinə qayıtmağa imkan verəcək.

Siyasətçi ilk addım kimi qonşu ölkə vətəndaşlarına hansı əsaslarla müvəqqəti müdafiə statusunun verilməsinə yenidən baxılmasını təklif edib. “İndi Suriya rejimi artıq mövcud deyil, Bəşər Əsəd yoxdur, bütün səbəblər (sığınacaq vermək üçün) yoxa çıxıb. Qaçqınlar mümkün qədər tez ölkəmizi tərk etməlidirlər. Biz bu məsələdə Ərdoğana diametral şəkildə qarşıyıq”, - Ö.Özəl deyib.

Partiya lideri vurğulayıb ki, 13 il ərzində Suriyada vətəndaş qarşıdurması davam edərkən, Türkiyə səhv və son dərəcə qeyri-ardıcıl siyasət yürüdüb: “Ərdoğan əvvəlcə Əsədlə dostluq münasibətləri qurdu, sonra onun üsyançıların əli ilə devrilməsinə güvəndi”.

Ö.Özəlin sözlərinə görə, indi Dəməşqdə hökumətin süqutu Ərdoğanın qələbəsi deyil. “İsrail qazandı, ABŞ qazandı. Suriyada Türkiyənin öz milli maraqlarını həqiqətən necə müdafiə edə biləcəyi ilə bağlı qeyri-müəyyənliklə dolu bir keçid dövrü başlayıb. İndi bizə lazım olan şey soyuqqanlı olmaq və həqiqətin tərəfində durmaqdır”, - partiya sədri əlavə edib.

Ərdoğan indiyə qədər bu mövzuda həssaslıq nümayiş etdirib və könüllü qayıdışın vacibliyini vurğulayıb. Türkiyə lideri B.Əsəd rejimin süqutundan sonrakı günlərdə deyib: “Biz 4,5 milyon suriyalıya sığınacaq verdik. İnanıram ki, Suriyadakı dəyişiklik rüzgarları bütün suriyalılar, xüsusilə miqrantlar üçün faydalı nəticələrə gətirib çıxaracaq. Suriyada vəziyyət sabitləşdikcə, könüllü, təhlükəsiz, ləyaqətli və nizamlı qayıdışların sürətlənəcəyini gözləyirik. Biz artıq belə bir prosesin əlamətlərini görməyə başlamışşıq”.

“Biz miqrantların könüllü qayıtması prosesini lazımi qaydada idarə edəcəyik və heç kimə bu humanitar prosesə kölgə salmasına imkan verməyəcəyik”, - Ərdoğan deyib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR